Seyid Abbas Əraqçi X sosial şəbəkə hesabında yazıb: “Biz Oman və Amerika tərəfləri ilə birlikdə logistik və texniki səbəblərə görə danışıqların dördüncü raundunu təxirə salmaq qərarına gəldik.
İran tərəfində isə danışıqlar yolu ilə həllə nail olmaq əzmimizdə heç bir dəyişiklik olmayıb.
Əslində biz ədalətli və balanslaşdırılmış razılaşma əldə etmək üçün həmişəkindən daha qətiyyətliyik: sanksiyaların dayandırılmasını təmin edən və İranın nüvə proqramının əbədi olaraq dinc xarakter daşıyacağına inam yaradan bir razılaşma, üstəlik, İranın hüquqlarına tam riayət olunmasını təmin edəcək.”
Sizin rəyiniz